Naxçıvan Ali Məclisinə seçkilər olmayacaq?

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Ali Məclisinə seçkilər olmayacaq?

Siyasət

28 Yanvar 2020 04:29 3103


Fevralın 9-da Milli Məclisə seçkilərlə paralel Naxçıvan Muxtar Respublikasının(MR) Ali Məclisinə də seçkilər keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyevin Milli Məclisin buraxılması ilə bağlı 5 dekabr 2019-cu il tarixli sərəncamından 4 gün sonra Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın qanunverici orqanının buraxılması barədə sərəncam imzalayıb.

Məlumat üçün deyək ki, Naxçıvan MR Ali Məclisinin tərkibi 45 deputatdan ibarətdir. Lakin maraqlıdır ki, Ali Məclisə seçkilərlə bağlı hər hansı məlumat yoxdur. Nə namizədlər bəllidir, nə də onların sayı.  pizza mizza

Yenisabah.az Ali Məclisə seçkilərdə neçə namizədin iştirak etdiyi və onların kimliyi barədə araşdırma aparsa da, bu barədə heç bir məlumat əldə mümkün olmayıb. Mərkəzi Seçki Komissiyası (MSK) və Naxçıvan MR MSK bu barədə susur. Hər iki qurumun internet səhifələrində də Naxçıvandakı seçki barədə hər hansı məlumat yoxdur. Ali Məclisin internet səhifəsi alimeclis.az saytında Muxtar Respublikadakı seçkilər barədə məlumata rast gəlmək mümkün deyil. Naxçıvanın rəsmi media orqanı olan “Nuhçıxan” İnformasiya Agentliyi də bu mövzuya toxunmağı lüzum görməyib.

Beləliklə, Muxtar Respublikada keçirilən seçkilər dövlət sirri kimi məxfi saxlanılır. Lakin bu məxfiliyin səbəbləri bəlli deyil.

Naxçıvan MR Ali Məclisinin səlahiyyət müddəti 5 ildir. Hər il Ali Məclisin iki dəfə sessiyası keçirilir. İndiyə 1991-1993-cu illərdə Ali Məclisə Heydər Əliyev, 1993-1994-cu illərdə Vasif Talıbov, 1994-1995-ci illərdə Namiq Həsənov sədrlik edib. 1995-ci ildə Vasif Talıbov yenidən Ali Məclisin sədri seçilib və bu günə qədər qurum onun sədrliyi ilə fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!