Naxçıvan əhalisi gözləmə mövqeyindədir - “Heç kim nə olacağını bilmir”

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan əhalisi gözləmə mövqeyindədir - “Heç kim nə olacağını bilmir”

Maraqlı

21 Dekabr 2022 14:11 9730


Son zamanlar Naxçıvan Muxtar Respublikası (NMR) ətrafında maraqlı proseslərin getdiyinin şahidi oluruq. Bu barədə səsləndirilən iddialara əsasən, yaxın vaxtlarda Muxtar Respublikada köklü dəyişikliklərin olacağı gözlənilir. 

Son vaxtlar mərkəzi hakimiyyət NMR-dəki dövlət qurumlarının fəaliyyətini ciddi nəzarətdə saxlayır. Nazirliklərin rəhbərləri, Prezidentin köməkçiləri vaxtaşırı Muxtar Respublikaya səfərlər edir, tabeli strukturlarla birlikdə toplantılar keçirir və bir sıra yoxlamalar aparırlar.

Aydın məsələdir ki, bu proses Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) muxtar respublikada keçirdiyi əməliyyatlardan və gerçəkləşən həbslərdən sonra başlayıb.  pizza mizza

Bəs görəsən, muxtar respublikada bu gün nə kimi müsbət dəyişikliklər hiss edilir? 

Mövzu ilə bağlı Yenisabah.az-a əslən Naxçıvandan olan ictimai fəal, tanınmış jurnalist Çingiz Özgür danışıb:

“Bu günə qədər struktur olaraq görünən hər hansı dəyişiklik yoxdur. Tutulan vəzifəlilər, bağlanan, birləşdirilən idarələr var. Gömrüklə bağlı çox ciddi dəyişikliklər var və xalq bunu hiss edir. İran və Türkiyədən istənilən malı əhali rüsum ödəmədən gətirə bilir. Bu nə qədər davam edəcək bilmirəm, amma fakt bu gün gələn xəbərlər bunu deyir. Bundan əvvəl hətta Bakıdan Naxçıvana gedən mala görə də rüsum alınırdı. Əsasən Bakıdan inşaat materialları, maşın təkəri gətirilirdi. Amma bu gün hətta İrandan istədiyin təkəri gətirə bilirsən. İndi Naxçıvanın elə vaxtıdır ki, orada çox adam yoxdur. Ümumiyyətlə, qışda Naxçıvan ölü olur. Dövlət orqanlarında işləyənlərdən başqa qış ayında orada heç kəs olmur, ona görə dəyişikliklərin hələ necə olacağını bilmirik”.

Onun sözlərinə görə, Naxçıvan əhalisi hazırda gözləmə mövqeyindədir və köklü dəyişikliklərin olacağına inanmır:

“Məsələn, kəndlərdə, rayonlarda iaşə obyektlərinə icazə verilmirdi. Çayxanalar, kafelər yox idi, olanlar da ancaq xüsusi icazə ilə açılırdı. Bu məsələ bundan sonra necə olacaq bilmirik, hələ ki, heç bir dəyişiklik yoxdur. Əhalinin ümumi əhval-ruhiyyəsinə baxdıqda görünür ki, hər kəs gözləmə mövqeyindədir. Hələ heç kim konkret nə olacağını bilmir və inanmır ki, çox dərin, köklü dəyişikliklər olsun. Hamı düşünür ki, bir yerə qədər olub sonra dayanaq. Bunlar mənim eşitdiklərimdir.

Bilet məsələsi isə bir neçə aydır onlayn satış olduğuna görə həll olunmuş sayıla bilər. Bilet var idisə, istənilən şəxs girib internet vasitəsilə onlayn ala bilirdi. Bir neçə gündür ki, Naxçıvana uçuşlar dayandırılıb, amma bu bilet narazılığı deyil, hava şəraiti ilə bağlı təyyarələr uça bilmir”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!