Naxçıvan-İran sərnişin qatarı yenidən fəaliyyətə başlaya bilər

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan-İran sərnişin qatarı yenidən fəaliyyətə başlaya bilər

İqtisadiyyat

22 Dekabr 2020 13:41 912


Naxçıvan Muxtar Respublikası ilə İran arasında sərnişin qatarının tezliklə yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirə aparılır.

Yenisabah.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami İranın şimal-qərbində Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.

M.Eslaminin sözlərinə görə, İran və Naxçıvan arasında dəmiryol xətti böyük əhəmiyyət kəsb edir. pizza hut

O, əlavə edib ki, Təbriz dəmiryolu xətti Avropa və Şimali Qafqazla əlaqə qurmaq üçün çox münasib yoldur:

“Son vaxtlar bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli anlaşma əldə olunub”.

Qeyd edək ki, Naxçıvan-İran sərnişin qatarları koronavirusla əlaqədar fəaliyyətini dayandırıb. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!