Naxçıvan qara büründü

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan qara büründü

Sosial

15 Aprel 2025 10:22 244


Aprelin 15-i saat 09:00-a olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.

Yenisabah.az xəbər verir ki, Şahbuz rayonunun Batabat ərazisinə 8 sm, Kükü, Biçənək kəndlərinə isə 2 sm qar yağıb.

Qeyri-sabit hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı şimşək çaxacağı gözlənilir. Pepperoni pizza

Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir 20 m/san-dək güclənəcək. Temperatur gecə 1-6° isti, gündüz 11-16° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!