Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başladı - Video

Rəsmi

08 İyun 2021 19:38 936


“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən iyunun 7-də növbəti komanda-qərargah təlimi başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komanda-qərargah təliminə cəlb olunan birləşmə və hissələr düşmənin güclü radioelektron vasitələrinin təsiri altında aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma səviyyəsinə gətirilərək ehtiyyat təyinat rayonlarına çıxarılıb və idarəetmə orqanlarının ərazidə açılması təmin edilib. pizza mizza

Qoşunların gizli və operativ fəaliyyətini təmin etmək üçün mexanikləşdirilmiş, piyada və xüsusi təyinatlı bölmələrin digər qoşun növü bölmələri ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.

Təlim iyunun 12-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!