Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrinin rabitə bölmələri ilə məşğələ keçirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrinin rabitə bölmələri ilə məşğələ keçirildi - Video

Rəsmi

23 Aprel 2021 20:04 588


“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məşğələdə əsas diqqət bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bacarıqlarını təkmilləşdirməsi, şəxsi heyətin ixtisas və taktiki-xüsusi hazırlığının yüksəldilməsinə yönəldilib. Sezar pizza

Şəxsi heyətin çöl vərdişlərinin, praktiki bacarıq və qabiliyyətlərinin yüksəldilməsi, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə dərslər keçirilib. Məşğələdə səhra  rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması praktiki olaraq göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!