"Naxçıvan Sığorta" şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülür.
Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, şirkətin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən "Atəşgah Sığorta" şirkətinə ötürülür.
Bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir. pizza mizza
"Naxçıvan Sığorta" şirkətinin 100% səhmdarı "Naxçıvan Bank"dır.
Telegram kanalımız