Naxçıvan və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

Hadisə

12 Avqust 2021 22:37 1110


Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 17:40-dan 20:55-dək Vedi rayonunun Arazdəyən, Çəmbərək rayonunun Çəmbərək, Tucur yaşayış məntəqələrində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən də istifadə etməklə atəşə tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Marqarita pizza

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!