“Naxçıvana gedən yolda Ermənistan sərhədçiləri olacaq” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Naxçıvana gedən yolda Ermənistan sərhədçiləri olacaq” - Paşinyan

Dünya

16 İyul 2025 17:34 453


Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yolun Ermənistan ərazisindən keçən hissəsində erməni sərhədçilərinin yerləşdirilib-yerləşdirilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, bu gün keçirilən mətbuat konfransında danışıb.

Paşinyan qeyd edib ki, Ermənistan sərhədçiləri əsasən dövlət sərhədində xidmət aparırlar: “Bəli, sözügedən yol üzərində də Ermənistanın suverenliyi çərçivəsində sərhədçilərimiz olacaq. Bu zaman vətəndaşlarla birbaşa təmas olmayacaq, çünki keçidlər biometrik pasportların yoxlanılması ilə həyata keçiriləcək. Amma hər hansı problem yaranarsa, bu məsələ diqqətə alınmalıdır”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!