Naxçıvanda silahlı insident qeydə alınıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə Şahbuz rayon Badamlı kəndində qeydə alınıb.
Kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Afət Babakişi oğlu özünü güllələyib. pizza
O, Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.
Telegram kanalımız