Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edildi

Hadisə

22 İyun 2024 23:52 592


Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenisabah.az -a verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789884 ədəd çətənə kolu yandırılaraq məhv edilib. Sezar pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!