Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az oktyabrın 24-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1648 — Katolik və protestant alman knyazlıqları arasında 30 il davam edən müharibə Vestfaliya sülhü ilə başa çatıb. pizza
1904 — Nyu-York metrosu açılıb.
1919 — Naxçıvanda ABŞ general-qubernatorluğu təsis edilib.
1945 — BMT Əsasnaməsi qüvvəyə mindi və BMT fəaliyyətə başlayıb.
1956 — SSRİ Macarıstana qoşun yeridib.
1960 — Baykonur kosmodromunda partlayış nəticəsində 7 nəfər, o cümlədən bir marşal həlak oldu. Bu səbəbdən ilk insanın kosmosa uçması təqribən 1 il gecikib.
1975 — Türkiyənin Fransadakı səfiri İsmayıl Ərəz erməni terrorçuları tərəfindən qətlə yetirilib.
1992 — ABŞ Konqresi "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişi qəbul edib.
2003 — Səsdənsürətli sərnişin təyyarəsi — "Concorde" sonuncu transatlantik uçuşunu həyata keçirib.
2008 — Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Telegram kanalımız