Naxçıvanda ana və bir yaşlı övladı dəm qazından zəhərləndi

Naxçıvanda ana və bir yaşlı övladı dəm qazından zəhərləndi

Hadisə Veb saytların hazırlanması

10 Dekabr 2023 21:47 902


Naxçıvan şəhərində dəm qazından iki nəfər zəhərlənib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri 2001-ci il təvəllüdlü Fəridə Ramin qızı Ələkbərova və övladı 2022-ci il təvəllüdlü Fuad Toğrul oğlu Ələkbərov mətbəxdə olan suqızdırıcı avadanlığın nasaz olması nəticəsində dəm qazından zəhərləniblər.

F.Ələkbərova Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, F.Ələkbərov isə Əziz Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!