Naxçıvanda ana və oğulu maşın vurdu,   ölən var

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ana və oğulu maşın vurdu, ölən var

Hadisə

01 Aprel 2023 12:45 1086


Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şahbuz rayon Kiçikoba kəndində qeydə alınıb. 

Belə ki, Şahbuz rayon Külüs kənd sakini Sadiq Şıxəliyev idarə etdiyi avtomobillə işə gedən 48 yaşlı Nəcəfova Mərcan Bağır qızını və onun oğlu 20 yaşlı Nəcəfov Anar Qəmbər oğlunu vurub. Qəza nəticəsində M.Nəcəfova ölüb. Dördpendirli pizza

A.Nəcəfov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanomasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!