Naxçıvanda aprel şəhidi Rasim Məmmədovun anım günü keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda aprel şəhidi Rasim Məmmədovun anım günü keçirildi

Sosial

05 Aprel 2025 22:26 227


Babək rayonu, Cəhri qəsəbəsində Aprel döyüşləri zamanı Lələtəpədə şəhidlik zirvəsinə ucalan mayor Rasim Məmmədovun anım günü keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhidin məzarı önündə keçirilən tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Babək rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri, ağsaqqallar və ziyalılar, hərbçilər, şəhidin döyüş yoldaşları iştirak ediblər.

Şəhidin məzarı başında Dövlət Himni səsləndirildikdən sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dördpendirli pizza

Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Xatırladaq ki, Məmmədov Rasim Əbdül oğlu 1977-ci il mayın 20-də Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. Heydər Əliyev adına Hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2000-ci ildə AAHM-dən məzun olan Rasim Məmmədov leytenant hərbi rütbəsi alaraq ordu sıralarında "təlim taborunun tuşlayıcı tağımının komandiri kimi xidmətə başlayıb. 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medallarla təltif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!