Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - 8,8 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - 8,8 milyon manat ayrıldı

Sosial

16 Yanvar 2020 13:47 905


Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Yeni Sabah" xəbər verir ki, sərəncamla Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!