Naxçıvanda "ASAN xidmət" Mərkəzi yaradılacaq - Sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda "ASAN xidmət" Mərkəzi yaradılacaq - Sərəncam

Sosial

19 Fevral 2020 17:55 352


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında "ASAN xidmət" Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. "Yeni Sabah"ın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında "ASAN xidmət" Mərkəzi yaradılacaq. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti "ASAN xidmət" Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!