Naxçıvanda avtomobillə avtobus toqquşdu, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda avtomobillə avtobus toqquşdu, xəsarət alanlar var

Hadisə

17 Yanvar 2026 16:04 587


Naxçıvan şəhərində minik avtomobili ilə avtobusun toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut avtobusu toqquşub.

Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Təhminə Qəhraman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar. pizza sifarişi

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!