Naxçıvanda bir tona yaxın mənşəyi məlum olmayan ət aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda bir tona yaxın mənşəyi məlum olmayan ət aşkar edildi

Hadisə

10 Fevral 2024 14:15 528


Naxçıvan Muxtar Respublikasının Qaraçuk kəndində bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.

Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Rahib Həsən oğlu Hüseynovun evinin həyətinə baxış zamanı oradan bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlayıb. Sezar pizza

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!