Naxçıvanda bu kreditlərin faizləri aşağı salınır

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda bu kreditlərin faizləri aşağı salınır

İqtisadiyyat

17 Fevral 2023 19:15 1816


Naxçıvanda fermerlər üçün kreditlərin faiz dərəcələrinin aşağı salınması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, iqtisadiyyat naziri Tapdıq Əliyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, eyni zamanda “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev ilə Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalının artırılması, bu sahədə yeni təsərrüfatların yaradılması, mövcud fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi məqsədilə müzakirələr aparıb.

Həmçinin “Aqrarkredit” QSC-nin Naxçıvan filialı tərəfindən verilən kreditlərin faiz dərəcələrinin aşağı salınması məsələsinə də toxunulub. Dördpendirli pizza

Bildirilib ki, bugünədək filial tərəfindən verilən biznes və ticarət kreditləri 18-24 faiz dərəcəsi ilə verilirdisə, artıq 5 min manata qədər verilən kreditlər 10 faiz, 5 min manatdan yuxarı məbləğlər üçün verilən kreditlər isə 12 faizlə hesablanacaq. Eyni zamanda sahibkarlara dəstək məqsədilə cari ilin mart ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına kreditlərin 5 faizlə verilməsinə başlanılacağı bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!