Naxçıvanda da məktəblər bağlanacaq? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda da məktəblər bağlanacaq? - Rəsmi açıqlama

Sosial

02 Mart 2020 23:10 12948


Naxçıvanda məktəblər bağlanmayacaq. "Yeni Sabah" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, muxtar respublikanın bütün təhsil müəsisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılmayacaq. Bildirilib ki, muxtar respublikanın bütün ali və orta ixtisas, eləcə də ümumitəhsil məktəblərində hər il olduğu kimi bu ildə lazımi tibbi profilaktik və dezinfeksiyaedici tədbirlər ən yüksək səviyyədə aparılıb. Və bu proses bu gün də müvafiq qaydada davam etdirilir. Muxtar respublikada koronavirus infeksiyasına hər hansı bir yoluxma faktı yoxdur. Bununla əlaqədar hər hansı ciddi təhlükə də müşahidə olunmur. Təhsil nazirliyi bildirir ki, muxtar respublikanın orta ümumtəhsil, orta ixtisas və ali təhsil müəsisələrində dərslər tədris qrafikinə uyğun olaraq davam etdiriləcək.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!