Naxçıvanda durum dəyişdi: Bundan sonra...

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda durum dəyişdi: Bundan sonra...

Siyasət

19 İyun 2025 12:33 8097


Naxçıvan Konstitusiyasına edilən dəyişikliklərdən biri də Ali Məclisə seçkilərlə bağlıdır.

Modern.az-ın məlumatına görə, Ali Məclisə seçkiləri Azərbaycan Prezidenti təyin edəcək.

Seçkilər indiyədək Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin edilirdi. Dəyişikliyə əsasən onun bu səlahiyyəti əlindən alınır. Sezar pizza

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Konstitusiyaya, həmçinin Ali Məclisin buraxılması barədə maddə əlavə ediləcək.

Belə ki, Ali Məclis 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələri aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilməkdikdə Azərbaycan Prezidenti tərəfindən buraxıla bilər.

Xatırladaq ki, Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi Ali Məclis tərəfindən iki oxunuşda qəbul edilib. Layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!