Naxçıvanda erkən nikahın qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda erkən nikahın qarşısı alındı

Sosial

03 İyun 2025 20:28 246


Naxçıvanda erkən nikahın qarşısı alınıb.

Yenisabah.az "Nuhçıxan"a istinadən xəbər verir ki, Şahbuz rayon Gömür kənd sakini 2000-ci il təvəllüdlü A.C (ad və soyad şərtidir) tərəfindən Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan 2008-ci il təvəllüdlü Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd edib.

Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Marqarita pizza

Beləliklə də aidiyyəti təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb. Həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!