Naxçıvanda ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ev yandı

Hadisə

05 Dekabr 2023 22:20 836


Naxçıvanın Kəngərli rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kəngərli rayon, Qarabağlar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. pizza

Dərhal əraziyə Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Qısa zamanda yanğının söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Hadisə nəticəsində evin tavan hissəsi yanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!