Naxçıvanda göldə boğulan gənclər Astarda dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda göldə boğulan gənclər Astarda dəfn olundu

Hadisə

11 May 2024 11:10 664


Ötən gün Naxçıvanda göldə boğularaq ölən tələbələr dəfn olunub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin nəşləri dəfn olunmaq üçün doğulduqları Astara rayonunun Pensər kəndinə gətirilib.

Onlar Pensər kənd qəbiristanlığında torpağa tapşırılıb. Dominos pizza

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hər iki gəncin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Fakt üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!