Naxçıvanda koronavirusa yoluxma halı qeydə alınmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Muxtar Respublikanı təmsil edən deputat Ülviyyə Həmzəyeva bildirib.
Deputat bunu Naxçıvan MR-nın Səhiyyə Nazirliyinə istinadən deyib. Pepperoni pizza
“Bu barədə Səhiyyə nazirinin də açıqlaması var. Naxçıvan MR-da koronavirusa yoluxan yoxdur! Bu isə, vətəndaşlarımızın Nazirlər Kabineti tərəfindən təsdiq olunan bütün qanun-qaydalara əməl etdikləri üçündür. Hər bir müəssisə və sakinimiz ciddi karantin altındadır. Bizim üçün insan sağlamlığı və onun təhlükəsizliyi əsasdır” - deyə, Ü.Həmzəyeva bildirib.
Ü.Həmzəyeva özünün də karantin qaydalarına ciddi riayət etdiyini açıqlayıb:
“Mən Naxçıvandan seçilən deputat kimi, karantinə ciddi əməl edirəm. Hər kəsi də bu qaydalara riayət etməyə çağırıram”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah bütün ölkə ərazisndə koronavirusa yoluxma faktının qeydə alındığını açıqlayıb. (Modern.az)
Telegram kanalımız