Naxçıvanda leysan olub - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda leysan olub - FAKTİKİ HAVA

Sosial

24 Aprel 2025 11:23 174


Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, aprelin 24-ü saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Naxçıvan MR-da yağıntılar leysan xarakterli olub.

Belə ki, düşən yağıntının miqdarı Şərurda 24, Şahbuzda 19, Sədərəkdə 15, Naxçıvanda 8, Lənkəranda 6, Beyləqan, Culfa, Ordubad, Yardımlı, Gədəbəy, Lerik, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astara, Cəlilabad, Kəlbəcər, Zəngilan, Laçın, Füzuli və Daşkəsəndə 4, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub. Marqarita pizza

Qərb küləyi əsib, küləyin sürəti Göygöldə 23 m/s, Daşkəsəndə 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!