Naxçıvanda möhtəşəm atəşfəşanlıq oldu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda möhtəşəm atəşfəşanlıq oldu

Sosial

08 Noyabr 2025 21:17 333


Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub.

"Report"un yerli bürosu xəbər verir ki, konsertdə tanınmış ifaçılar tərəfindən qələbə ovqatlı mahnılar səsləndirilib, vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş etdirilib, rəqs qruplarının rəngarəng çıxışları olub. Bayram tədbiri saat 18:00-da başlayıb və 3 saat davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.

Qeyd edək ki, bayram tədbiri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, muxtar respublika Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!