Naxçıvanda nazir təyinatı müəmması həllini tapdı:   Ali Məclis toplandı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda nazir təyinatı müəmması həllini tapdı: Ali Məclis toplandı

Siyasət

07 May 2025 16:31 5768


Xəbər verdiyimiz kimi, ötən gün  Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasına iqtisadiyyat naziri təyin edilməsi haqda məlumat yayılmışdı. Bu gün isə həmin şəxsin vəzifədən azad edilməsi haqda xəbər gündəm oldu.

“Yeni Sabah” bildirir ki, məsələ haqda rəsmi açıqlama yayılıb. Açıqlamada bildirilir ki, mayın 6-da  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. 

İclasda digər məsələlərlə yanaşı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin vəzifəyə təsdiq edilməsi müzakirə olunub. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il 5 may tarixli təqdimatı Ali Məclisə daxil olub. Pepperoni pizza

Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Kazım Yaşar oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!