Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb

Hadisə

23 Yanvar 2025 00:58 146


Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb, daha 20-i xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bunu Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, ötən il Naxçıvan Muxtar Respublikasında 29 ağır yol-nəqliyyat hadisəsi baş verib. pizza mizza

2023-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 37 fakt, həyatını itirənlərin sayında 9 fakt, yaralıların sayında isə 54 fakt azalma olub.

Qeyd edək ki, 2023-cü ildə muxtar respublika ərazisində 66 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 30 nəfər həyatını itirib, 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!