Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Siyasət

31 Avqust 2024 21:39 269


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 45 seçki dairəsi üzrə 331 seçki məntəqəsində keçiriləcək

Yenisabah.az xəbər verir ki, muxtar respublika üzrə ümumi seçicilərin sayı 288 356 nəfərdir.

Seçki günü 18 yaşı tamam olan seçicilərin muxtar respublika üzrə sayı 31, seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 3 891 nəfərdir. Dördpendirli pizza

Ali Məclisə seçkilərdə deputat mandatı uğrunda 187 nəfər namizəd mübarizə aparacaq. Onlardan 41 nəfəri qadındır. Ali Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 452 nəfər akkreditasiyadan keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!