Naxçıvanda polisə tabe olmayan 2 nəfər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda polisə tabe olmayan 2 nəfər həbs edildi

Maraqlı

02 Mart 2023 22:49 869


Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan 2 nəfər inzibati həbs olunub.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, Şərur RPİ-nin Dövlət Yol Polisi qrupunun əməkdaşları tərəfindən Şərur şəhərində keçirilən profilaktiki tədbir zamanı saxlanılan “VAZ-2107” markalı avtomobilin sürücüsünün sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi məlum olub.

Avtomobil müvəqqəti duracağa aparılarkən sürücü, Şərur rayon sakini Mahir Cabbarov və qardaşı Azadi Cabbarov polis əməkdaşlarının qanuni tələbinə tabe olmadıqlarından onlar Şərur Rayon Polis İdarəsinə aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub. pizza sifarişi

Şərur rayon məhkəməsinin qərarı ilə M.Cabbarov 8 gün, A.Cabbarov isə 10 gün müddətinə inzibati qaydada həbs olunublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!