Naxçıvanda polislərə küçə süpürtdürən rəis işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda polislərə küçə süpürtdürən rəis işdən çıxarıldı

Maraqlı

08 Aprel 2023 17:57 4665


Babək Rayon Polis Şöbəsinin rəisi işdən azad olunub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, polis mayoru Elgün Əliyev işdən çıxarılıb.

Onun vəzifəsinin icrası polis polkovnik-leytenantı Kənan Məmmədova həvalə edilib. pizza sifarişi

Xatırladaq ki, bir müddət öncə Elgün Əliyevlə bağlı sensasion iddia ortaya atılmışdı. Naxçıvanda polislərə küçə süpürtdürülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotolar gündəm olmuşdu. Sherg.az saytının yaydığı xəbərə görə, bu “ideyanın müəllifi” Babək Rayon Polis İdarəsinin rəis müavini Elşən Babayev olub. Elgün Əliyev də dahiyanə “ideyanı” bəyənib və beləcə polislərin qara günləri başlayıb.

Hadisənin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun fəaliyyəti dövründə yaşandığı və onun da bütün bunlara göz yumduğu bildirilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!