Naxçıvanda qadınları şantaj edən şəxs saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda qadınları şantaj edən şəxs saxlanıldı 

Hadisə

24 Fevral 2024 11:16 905


Naxçıvanda qadınların adına "TikTok" profili açıb, sonra bağlamaq üçün hədə-qorxu ilə pul tələb edən şəxs polis tərəfindən saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Bir neçə qadın “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.  pizza hut

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!