Naxçıvanda tank bölməsi yoxlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda tank bölməsi yoxlanıldı - Video

Maraqlı

09 Fevral 2022 19:18 675


“Birləşmə və hissələrdə döyüşə hazırolmanın qəfil yoxlanılması” planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən bölmələr yoxlanılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Xəbərə görə, növbəti dəfə tank bölmələrindən biri qəfil yoxlanılıb. pizza

Yoxlanılan tank bölməsi “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılıb. Səhra döyüşü idarəetmə məntəqəsində müdafiə və hücum əməliyyatları planlaşdırılıb, müxtəlif fəaliyyətlər üzrə hesabatlar aparılıb və bölmənin tapşırıqları dəqiqləşdirilib.

Tank bölməsinin uzaq məsafələrə yüksək templə hücum etmək imkanlarının qiymətləndirildiyi qəfil yoxlamada hücum edən bölmələrin dəstəklənməsi, düşmənin atəş nöqtələrinin məhv edilməsi və müdafiə sisteminin yarılması tapşırıqları icra edilib.

Yoxlama zamanı əsas diqqət hədəfləri dəqiqliklə məhv etmək, düşmən piyadalarının əhvalını çökdürmək və düşmənin atəş zərbələrindən qorunmaq vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Plana uyğun olaraq digər bölmələrdə də döyüşə hazırolmanın qəfil yoxlanılması davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!