Naxçıvanda “Təbiəti birgə qoruyaq!” aksiyası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda “Təbiəti birgə qoruyaq!” aksiyası keçirildi

Rəsmi

23 Oktyabr 2023 23:49 748


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Ekologiya könüllülərinin iştirakı ilə “Təbiəti birgə qoruyaq!" adlı təmizlik aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aksiya çərçivəsində Naxçıvançay ətrafındakı ərazilər tullantılardan təmizlənib.

Mütəmadi olaraq təşkil olunan bu cür aksiyaların keçirilməsinin məqsədi, Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların artırılması, ərazilərin məişət tullantılarından təmizlənməsi, gənclərdə təbiətə məhəbbət hissini aşılamaq, ekoloji mədəniyyəti formalaşdırmaq və ətraf mühitin mühafizəsinin önəmini ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!