Naxçıvanda uşaq oğruları peyda olub? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda uşaq oğruları peyda olub? - Rəsmi açıqlama

Hadisə

23 Sentyabr 2023 11:06 465


Naxçıvan Muxtar Respublikasında uşaq oğurluğu hallarının olması barədə məlumatlar yayılıb. 

Yenisabah.az xəbər verir ki, vatsap vasitəsilə insanlara uşaq oğrularının olduğu ilə bağlı təşviş yaradan  məlumatlar göndərilib. İddia olunur ki, Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Göndərilən mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir. 

Məsələyə Naxçıvan MR Daxili İşlər Nazirliyindən münasibət bildirilib. Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır:  pizza hut

“Uydurma məlumatı yayan şəxs və ya şəxslər müəyyən edilərək məsuliyyətinə cəlb ediləcək”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!