Naxçıvanda yanğın nəticəsində 583 abonent qazsız qaldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yanğın nəticəsində 583 abonent qazsız qaldı

Sosial

01 Oktyabr 2025 16:44 363


Naxçıvan şəhəri Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.

Yenisabah.az xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbi ilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək. Sezar pizza

Hadisə nəticəsində xəsarət alan yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!