Naxçıvanda yanğınlar baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yanğınlar baş verdi

Hadisə

07 Sentyabr 2024 22:15 542


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək şəhərində biçilmiş taxıl sahəsində, Şahbuz şəhərində isə "OKA" markalı minik avtomobilində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb. Sezar pizza

Babək şəhərində yanğın nəticəsində 2000 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb, 3000 kvadratmetr biçilmiş taxıl sahəsi isə yanğından mühafizə olunub. Şahbuz şəhərində isə minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!