Naxçıvanda yanğınlar oldu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yanğınlar oldu

Hadisə

15 Sentyabr 2024 19:46 581


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə günün müxtəlif saatlarında Babək rayon Cəhri qəsəbəsində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində həyətyanı və Babək məhəlləsində quru otluq sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar Naxçıvan şəhər və Babək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub. Sezar pizza

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!