Naxçıvanda yaşlı kişi ağacdan yıxılaraq köməksiz vəziyyətdə qaldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yaşlı kişi ağacdan yıxılaraq köməksiz vəziyyətdə qaldı - Video

Hadisə

08 Sentyabr 2024 20:53 876


Naxçıvanda yaşlı kişi ağacdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Xətai məhəlləsi, 35 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. pizza mizza

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Asəf Abdullah oğlu Haqverdiyev ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və evin divarı ilə hasarı arasında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər zərərçəkmiş A.Haqverdiyevi xüsusi vasitələrin köməyi ilə ərazidən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!