Naxçıvanda yeni sayt yaradılıb

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yeni sayt yaradılıb

Hadisə

22 Dekabr 2020 14:14 1150


Naxçıvanda şəhid ailələri və yaralananların ailələrinə Dəstək Fondunun saytı yaradılıb. 

Yenisabah.az xəbər verir ki, http://destekfondu.nmr.az domenində fəaliyyət göstərən sayta daxil olmaqla ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək mümkündür.

Saytın “Köçürmələr” bölümündə könüllü olaraq maliyyə vəsaiti şəklində yardımlar edən hüquqi və fiziki şəxslərin siyahısı və yardımın miqdarı yer alır. Dominos pizza

Saytın “Müraciət” bölümündəki “Şəhid ailələri” və “Müharibədə yaralananlar” alt bölümlərinə daxil olub qeydiyyatdan keçməklə müraciət ünvanlamaq  mümkündür.

Qeyd edək ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında   Fərman imzalayıb. Fond və onun yeni saytı bu kateqoriyadan olan  şəxslərin ailələrinə əlavə dəstək verilməsi məqsədilə yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!