Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının 2-ci kilometrliyində (Dilqəm Pişəvari küçəsi) baş verib.
Qəza zamanı 67-BD-817 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil, 90-RF-865 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil, 64-BB-661 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil və 77-KF-754 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillər toqquşublar. İlkin məlumata görə, qəzaya səbəb havanın dumanlı və yağışlı olmasıdır. Toyuqlu pizza
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız