Naxçıvandakı xüsusi təyinatlıların keçmiş komandiri qəfildən vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvandakı xüsusi təyinatlıların keçmiş komandiri qəfildən vəfat etdi - FOTO

Sosial

19 Noyabr 2025 00:15 7021

1990-cı illərin əvvəllərində Naxçıvanda yaradılan Dövlət Müdafiə Komitəsinin ilk xüsusi təyinatlı bölməsinin - "Sportrota"nın komandiri İbrahim Əliyev 57 yaşında vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib. 

Bildirilib ki, İ.Əliyevin səhhəti qəfildən pisləşib və insult keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.  pizza hut

Mərhumun noyabrın 19-da Bakının Buzovna qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, İbrahim Sabir oğlu Əliyev 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

Əfqanıstan müharibəsində iştirak edib. 1991-ci ildə Naxçıvanın müdafiəsinə qoşulub. 1994-cü ildə Ermənistanla atəşkəsdən sonra o zamankı Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləyib. 

Ehtiyatda olan zabit idi.

Allah rəhmət eləsin!

Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rafət
    Əziz qardaş, həmkarım Allah sənə qəni-qəni rəhmət eləsin əzizlərinə və sevənlərinə səbir versin AMİN
    6 months ago