Naxçıvanda kombi istehsalına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda kombi istehsalına başlanıldı

İqtisadiyyat

28 Yanvar 2021 10:08 1240


Naxçıvanda "Cahan Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri ilə yanaşı istilik sistemli kombilərin istehsalına başlanıb.

Yenisabah.az xəbər verir ki, 8 mərhələli istehsal prosesi ilə yığılan istilik sistemli kombi cihazları 24, 28 və 32 kilovatlıq olmaqla 3 müxtəlif növdə hazırlanır.

İstilik cihazların istehsalı zamanı istifadə olunan avadanlıqlar İtaliyanınn “Çed” və “Sigma 845”, Türkiyənin qabaqcıl istilik sistemləri istehsal edən EMKO və Almaniyanın “Grundfos” firmalarının məhsullarıdır. Müəssisədə hazırda gündəlik 40 istilik cihazı hazırlanır. Lakin tələbat artarsa, növbəli iş rejiminə əməl olunmaqla istehsal olunan cihazların sayı artırılacaq. Dördpendirli pizza

Qeyd edək ki, istehsal olunan məhsullar "Magna" əmtəə nişanı ilə satışa çıxarılacaq.

Mütəxəssislərin çаlışdığı müəssisədə 11 nəfər işlə təmin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!