Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvandan tranzit keçən TIR-da güclü təsiredici dərmanlar aşkarlandı

Hadisə

11 Sentyabr 2023 19:18 679


Naxçıvanda gömrük postunda güclü təsiredici dərman preparatları aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan, 10 həb “Tramadol 200”, 10 həb “Namadol-225mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb. Dördpendirli pizza

Qeyd olunub ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!