Naxçıvanın Maliyyə Nazirliyində yoxlama aparılır

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın Maliyyə Nazirliyində yoxlama aparılır

Maraqlı

04 Fevral 2023 11:42 729


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb. 

Yenisabah.az xəbər verir ki, APA-nın məlumatına görə, yoxlamalar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılır. 

Nazirlikdə ötən il dekabr ayının 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.  Pepperoni pizza

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər. 

Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

O, Bakıya gətirilib, Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!