Naxçıvanın sabiq nazirinə dair qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın sabiq nazirinə dair qərar verildi

Maraqlı

26 Yanvar 2023 10:50 931


Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Dilsuz Məmmədov məlumat açıqlayıb.

O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub. Sezar pizza

Qeyd edək ki, Ə.Əhmədov 17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, 2021-ci ildə həbs olunub. Keçmiş nazir 9 milyon manatı mənimsəmədə təqsirli bilinib. Daha sonra Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!