Naxçıvanlılar üçün daha bir şad xəbər – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanlılar üçün daha bir şad xəbər – Fotolar

Rəsmi

25 Dekabr 2022 12:30 82690


Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda bayram yarmarkasına start verilib. 

“Yeni Sabah” xəbər verir ki, təsərrüfatçılar heç bir rüsum ödəmədən yetişdirdiyi bol məhsulu rahat şəkildə satır, alıcılar isə keyfiyyətli yerli məhsulları daha ucuz əldə edirlər. 

Bayramda ən çox tələbat olan məhsullardan hinduşka və toyuq əti 13 manata, diri hinduşkanın və toyuğun 1 kiloqramı isə 10 manata təklif olunur. Çaşır və baldırğan turşularının dəstəsi 50 qəpiyə,  pendir 7, cəviz 6, lobyanın bir kiloqramı 5 manata satılır. Balıq məhsullarının qiyməti də alıcıların ürəyincədir. Bazarda yerli məhsullarla yanaşı, Azərbaycanın digər regionlarından gətirilmiş  müxtəlif məhsulların da alıcısı çoxdur. Həmçinin sənaye müəssisələrində istehsal olunan məhsullar da topdansatış qiymətinə istehlakçılara təklif olunur. pizza mizza

Bir sözlə, yarmarkada fermerlərə və digər torpaq mülkiyyətçilərinə hər cür şərait yaradılıb. Alıcılar da yüksək əhval-ruhiyyə ilə bayram bazarlığı edirlər. Yarmarka dekabrın 30-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • виктор
    ne gundeymus naxcivan ooa gore de ordan cixanlar at oynatmaqa isteyir
    3 years ago
  • виктор
    ne gundeymus naxcivan ooa gore de ordan cixanlar at oynatmaqa isteyir
    3 years ago
  • виктор
    ne gundeymus naxcivan ooa gore de ordan cixanlar at oynatmaqa isteyir
    3 years ago