Milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubu Almaniyanın II Bundesliqasında yeni mövsümünə qələbə ilə start verib.
Yenisabah.az xəbər verir ki, Aue təmsilçisi ilk turda səfərdə "Vürtsburger Kikers" komandasını 3:0 hesabı ilə məğlub edib.
Qalibiyyəti təmin edən qolları Con-Patrik Ştraus (60-cı dəqiqə), Paskal Testroet (63) və Tom Baumqart (90) vurublar. Dördpendirli pizza
Qeyd edək ki, Nazarov matça start heyətində başlayıb və 75-ci dəqiqədə əvəzlənib.
Telegram kanalımız